06 noyabr 2020, 10:26

Mürşüd Süleymanov və başqalarından, Şəki, Azərbaycan

Hörmətli Prezident, müzəffər Ali Baş Komandan.

Sizi ailəmiz adından salamlayıram. Qüdrətli Azərbaycan Ordusu Sizin rəhbərliyiniz altında şanlı tarix yazır. Biz Sizin bütün çıxışlarınızı, müsahibələrinizi, xarici jurnalistlərə verdiyiniz tutarlı cavabları, xalqımıza çatdırdığınız qələbə xəbərlərini ardıcıl olaraq izləyirik və çox sevinirik. Sizinlə fəxr edirik. Bir vətəndaş olaraq anlayırıq ki, Siz möhkəm iradəniz və qətiyyətli mövqeyiniz sayəsində bizim bildiyimiz və bilmədiyimiz bu qədər çətin və məsuliyyətli işlərin öhdəsindən layiqincə gəlirsiniz. Allah Sizi qorusun!

Hazırda Sizin sayənizdə Azərbaycan tarixinin ən şanlı səhifələri qızıl hərflərlə yazılmaqdadır. Dünya da bunu görür. Bundan sonra heç kəs bizə qarşı iddia qaldıra bilməz. Kim iddia qaldırarsa, Siz başda olmaqla, onu peşiman edərik. Biz yaxşı bilirik ki, müharibə başlanandan bugünədək istirahət nədir bilməmisiniz. Bir vətəndaş olaraq Sizə təşəkkür etməyi özümüzə borc bilirik.

Müzəffər Ali Baş Komandan, Sizə ailəm və öz adımdan dərin minnətdarlığımı bildirirəm. Sizə bu çətin, lakin şərəfli işinizdə möhkəm cansağlığı və böyük uğurlar arzulayıram.

Böyük Qələbə xəbərini, rəşadətli Ordumuzun bütün torpaqlarımızı işğaldan tam olaraq azad etməsi xəbərini Sizdən eşitmək ümidi ilə…

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Süleymanov Mürşüd

Süleymanova Vəfa

Süleymanov Elmir

Süleymanov Babək

Azərbaycan Respublikası, Şəki rayonu, Təpəcənnət kəndi.