03 noyabr 2020, 16:53

Midhəd Baxışovdan, Göyçay, Azərbaycan

Möhtərəm cənab Prezident,

2003, 2008, 2013 və 2018-ci illərdə xalqımızın istəyi ilə ölkəmizin Prezidenti seçilərək and içdiniz ki, “Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcəyəm və qoruyacağam, hər bir azərbaycanlının Prezidenti olacağam”.

Dünyada 130-dan artıq dövlət mövcuddur. Hər bir dövlətin də dövlət başçısı vardır. Bunların əksəriyyətini də tanıyırıq. Dünyada prezidentlər içərisində ən yaxşı Prezident Sizsiniz. Memarı ümummilli liderimiz Heydər Əliyev olan Azərbaycanın uğurlu iqtisadi inkişafı, siyasi arenada ölkəmizin yaxından tanınması, dünyanın ən güclü orduları sırasında Ordumuzun inkişafı, xalqın yaxşı yaşaması, yüksək səviyyədə tikinti-quruculuq işlərinin aparılması və s. Sizin böyük zəhmətiniz və uğurunuzdur.

Tarixi düşmənimiz olan ermənilərə və onların havadarlarına vurduğunuz ən ağır zərbələr bütün Azərbaycan üçün qürurvericidir. Bütün dünyanı Azərbaycanla hesablaşmağa vadar edirsiniz. Çünki Siz haqlısınız. Dünyaya demokratiya və ədalət dərsi keçən ən hegemon dövlətlər əslində ikili siyasət nümayiş etdirirlər. Qoy onlar bilsin ki, demokratiyanın, humanizmin və ədalətin beşiyi Azərbaycandır! Ölkəmizə həmişə hərtərəfli dəstək olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana da sonsuz təşəkkürlərimizi bildiririk.

Mən Şıxbəy kənd orta məktəbində müəllim işləyirəm. Kollektivimizin və rayonumuzun bütün təhsil işçiləri Sizin daxili və xarici siyasətinizi dəstəkləyir, siyasi, iqtisadi, hərbi və digər sahələrdə hər bir uğurunuzla həmişə qürur duyuruq. Biz fəxr edirik ki, Azərbaycan vətəndaşıyıq və cənab İlham Əliyev kimi Prezidentimiz var. Sizinlə qürur duyuruq.

Cənab Prezident, Siz dünyanın ən xeyirxah Prezidentlərindən biri, Azərbaycanın şanlı tarixinin böyük Sərkərdəsi və ölkəsinin ilk Milli Qəhrəmanına çevrilən Prezidentisiniz. Sizə sonsuz təşəkkür edirik!

Var olsun Prezident - xalq birliyi! Var olsun Azərbaycan xalqı!

Yaşasın Azərbaycan! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Dərin hörmətlə,

Baxışov Midhəd Əlisahib oğlu,

Şıxbəy kənd ümumi orta məktəbinin müəllimi.

Azərbaycan Respublikası, Göyçay rayonu, Şıxbəy kəndi.