03 noyabr 2020, 12:41
Alperen Gökbulutdan, Antalya, Türkiyə
Hörmətli cənab Prezident İlham Əliyev,
Mənim 13 yaşım var. Böyüyəndə əsgər olmaq istəyirəm. Zatən hər bir türk artıq doğulandan əsgərdir.
Ermənistanın torpaqlarınızı işğal etməsi barədə məlumatım var. Bütün türk xalqı, həmçinin mən bu savaşda hər zaman yanınızdayıq.
Mən “PlayStation” almaq üçün topladığım 40 lirəni böyük məmnuniyyətlə Azərbaycan əsgərlərinin fonduna göndərirəm. Könlüm Ordunuzun əsgərləri üçün daha böyük işlər görmək istəyir, lakin hələlik əlimdən gələn budur.
Tək istədiyim Qarabağın işğaldan azad olunması və onun hər guşəsində Azərbaycan bayrağının dalğalanması, Mübariz İbrahimovun ruhunun şad olmasıdır.
Hörmət və ehtiramla,
Alperen Gökbulut.
Türkiyə Respublikası, Antalya şəhəri