Röya Misirovadan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
Ali Baş Komandanımız olaraq 27 il həsrətində olduğumuz torpaqlarımızı işğaldan azad etdiyiniz üçün Sizə təşəkkür edir və Sizi təbrik edirəm. Azyaşlı olmağıma baxmayaraq Sizə təşəkkür etməyi özümə borc bilirəm. Mən Azərbaycan övladıyam. Mənim damarlarımda Azərbaycan qanı axır. Mən özüm Ağdam rayonunun Göytəpə kəndindənəm. Buna baxmayaraq Azərbaycanın hər qarış torpağı mənim Vətənimdir. Vətənimin bayrağının kölgəsi düşən hər yer mənə and yeridir. Siz ölkənin başında öz vəzifənizi yerinə yetirirsiniz, əsgərlərimiz cəbhədə, mən isə təhsilimdə. Bu cür Vətən heç zaman və heç yerdə məğlub olmaz. Allah Sizin və əsgərlərimizin köməyi olsun. Eşq olsun Azərbaycan Ordusuna, yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!
Hörmətlə,
Röya Misirova
Azərbaycan Respublikası, Bakı şəhəri.