01 noyabr 2020, 15:00

Zaur Hümbətovdan, Goranboy, Azərbaycan

Hörmətli Prezident, cənab Ali Baş Komandan!

Mən Kəlbəcər rayonundan məcburi köçkünəm. Hazırda Goranboy rayonunda məskunlaşmışam. 2014-2016-cı illərdə hərbi xidmətdə olmuşam. 2016-cı ildə könüllü olaraq N saylı hərbi hissədə müddətdən artıq hərbi qulluqçu kimi xidmət etmişəm. Lakin sonradan xidmətə yararsız kimi xidmətdən azad edilmişəm.

Cənab Prezident, mən bir məcburi köçkün kimi, Sizə torpaqlarımızın azad edilməsində göstərdiyiniz xidmələrə görə ailəm adından və öz adımdan sonsuz minnətdarlığımı bildirirəm. Sizə cansağlığı, uzun ömür arzulayıram. Eyni zamanda, mən də Vətənin bir övladı kimi torpaqlarımızın azad olunmasında könüllü olaraq iştirak etmək istəyirəm. Bir hərbçi kimi Vətənimizin bütövlüyü uğrunda gedən haqq döyüşlərində canımla, qanımla döyüşmək istəyirəm.

Allah Sizə və rəşadətli Ordumuza yar olsun!

Hörmətlə,

Hümbətov Zaur.

Azərbaycan Respublikası, Goranboy rayonu.