Nürəddin Həşimovdan, Bakı, Azərbaycan
Hörmətli Prezident, cənab Ali Baş Komandan!
Bu gün bu məktubu Sizə bir Kəlbəcər sakini kimi yazıram. Hələ 1996-cı ilin iyun ayında Rusiya Federasiyasında yaşadığım dövrdə Allah-təala mənə dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevlə Stavropol vilayətinin Kislovodsk şəhərində diasporumuzun ən fəal bir üzvü kimi görüşməyi nəsib etmişdir. Həmin görüşdə Qarabağ torpaqlarının işğalda olması barədə geniş müzakirələrimiz olmuşdu. Ulu Öndər hələ o zaman görüşdə belə söyləmişdi: “Harada yaşamağımızdan asılı olmayaraq, nə dilimizi, nə də dinimizi unutmayaq. Vahid bir yumruq kimi, hər bir zaman Azərbaycanın yanında olaq”. İkinci bir xoşbəxtliyi Allah mənə nəsib etdi, 2014-cü ilin aprel ayında Sizinlə Stavropol vilayətindən gəlmiş nümayəndə heyətinin tərkibində olan bir şəxs kimi “Bakı Ekspo Mərkəzi”ndə görüşdüm. Bu görüşdə əyani olaraq Sizin nə qədər alicənab, humanist, uzaqgörən bir siyasətçi olduğunuza bir daha əmin oldum.
Cənab Ali Baş Komandan, 27 il ərzində bütün varlığımla inanmışam ki, Siz Qarabağ torpağını bu erməni faşistlərindən azad edəcəksiniz.
Cənab Prezident, bu sevinci Azərbaycan xalqına yaşatdığınıza görə Sizi səmimi qəlbdən təbrik edirəm, Sizə uzun ömür və möhkəm cansağlığı arzulayıram. Allah Sizə yar olsun. Eləcə də, bütün əsgərlərimizi, zabitlərimizi təbrik edirəm. Allah Sizləri qorusun. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm, valideynlərinə başsağlığı verirəm. Şəhidlərimiz bizim hər birimizin, bütövlükdə Azərbaycan xalqının övladlarıdır.
Cənab Prezident, mən də Sizin bir əsgəriniz kimi hər bir an torpaqlarımızın azad edilməsi uğrunda ön cəbhədə vuruşmağa, eləcə də, işğal altındakı rayonlarımızın azad olunandan sonra yenidən qurulmasında bir fərdi sahibkar, iş adamı kimi iştirak etməyə hazıram.
Ən sonunda Azərbaycan xalqına və dövlətinə içimdən gələn bir təklifim var: Ali Baş Komandan cənab İlham Əliyevi ömürlük Azərbaycan Respublikasının Prezidenti elan etmək, Qarabağ torpağında işğaldan azad olunmuş rayonlarımızın hər birində qızıldan büstünü qoymaq!
Hörmətlə,
Həşimov Nürəddin,
Kəlbəcər rayonundan məcburi köçkün.
Azərbaycan Respublikası, Bakı şəhəri.