Əlvan Qasımovdan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
Azərbaycan Ermənistanı həm əhalinin sayı baxımdan, həm iqtisadi gücünə görə son onilliklər ərzində kəskin şəkildə üstələyib. Bu gün biz hərbi sahədə kimin güclü olduğunu əyani şəkildə göstəririk. Eyni zamanda, cəbhədə gedən döyüşlər xalqların və dövlətlərin hansı dəyərlərə sahib olduğunu nümayiş etdirir. Döyüş meydanında şərəflə vuruşmaq əvəzinə dinc əhalini ağır artilleriyadan atəşə tutmaq insanlığa sığmayan, bəşəriyyət tarixinə qara ləkə kimi yazılan bir hərəkətdir. Düşmənin bu hərəkətləri artıq dünya mətbuatında da ifşa olunur, onların illərdir dünyaya sırımağa çalışdıqları erməni yalanları iflasa uğrayır.
Cənab Prezident, “dost dar gündə tanınar” - deyiblər. Xalqımızın, bütövlükdə türk millətinin hər bir nümayəndəsi bu gün bir-birinə əsl dostdur. İnsanların Orduya dəstəyi, əsgərin mübarizliyi və döyüş ruhu ən xoş sözlərə layiqdir. Bunun qarşısında heç bir qüvvə dayana bilməz və bilmir də...
Mən də Vətənimizin bu ağır günündə Ordumuza qoşulmağa, Vətən naminə döyüşməyə hər zaman hazıram.
Sizə daim uğurlar arzulayıram, müzəffər Ali Baş Komandan!
Hörmətlə,
Əlvan Qasımov
Azərbaycan Respublikası, Bakı şəhəri, Xəzər rayonu.