Hacıqabul rayon Ağsaqqallar Şurasından, Hacıqabul, Azərbaycan
Hörmətli cənab Prezident,
Sizi torpaqların işğaldan azad olunması münasibəti ilə təbrik edirik. Sizin daxili və xarici siyasətiniz sayəsində torpaqlarımız azad olunur. Buna görə də bütün Azərbaycan xalqı Sizi alqışlayır. Hacıqabul ağsaqqalları da Sizə minnətdarlıq edir. Biz yaşlı olsaq da, Sizin bir əmrinizlə döyüşə girməyə hazırıq. İnanırıq ki, qalan torpaqlarımız da Sizin rəhbərliyinizlə geri alınacaq.
Allah Sizə, döyüşən əsgərlərimizə kömək olsun. Biz ağsaqqallar da Sizə hər an arxayıq.
Hörmətli Prezident, Allah Sizə bu müqəddəs haqq yolunda kömək olsun. Erməni nədir ki, Azərbaycan Ordusunun qarşısında tab gətirə bilsin.
İnanırıq ki, bizim bayrağımız bütün rayonlarda dalğalanacaq. Sizə işlərinizdə müvəffəqiyyətlər arzu edirik.
Hörmətlə,
Hacıqabul rayon Ağsaqqallar Şurası.
Azərbaycan Respublikası, Hacıqabul şəhəri.