29 oktyabr 2020, 15:00

İsa İsayevdən, Tovuz, Azərbaycan

Hörmətli cənab Prezident,

İyirmi səkkiz il bundan əvvəl barəsində şeir yazıb çap etdirdiyim və bütün xalqımız kimi həsrətlə gözlədiyim qələbə gününü bu gün Siz həqiqətə çevirməkdəsiniz. Xalqımızla, dost ölkələrlə birlikdə biz qocalar da bütün uğurlarınızı ürəkdən alqışlayırıq. Eşq olsun Sizə! Yaşasın Azərbaycan!

Sonda Sizə həsr etdiyim şeiri təqdim edirəm.

Şərəfli adını Ulu Öndərin

Daha da ucaltdı İlham Əliyev!

Qardaş Türkiyəylə, dost ölkələrlə

Ünsiyyət yaratdı İlham Əliyev!

Üçrəngli bayrağı – zəfər nişanı,

Artır günü-gündən şöhrəti, şanı,

Bütün yer üzündə Azərbaycanı

Əbədi tanıtdı İlham Əliyev!

Odlar ölkəsiyik, sönməz odumuz!

Zəfər yürüşündə igid Ordumuz!

Qələbə himnini çalır yurdumuz!

Ulu Prezidentdi İlham Əliyev!

Hörmətlə,

İsayev İsa Cavad oğlu, 86 yaşlı şair-pedaqoq,

Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Azərbaycan Respublikası, Tovuz rayonu, Əyyublu kəndi.