29 oktyabr 2020, 10:35

Əsəd Məcidovdan, Qazax, Azərbaycan

Hörmətli cənab Prezident,

Siz hər bir azərbaycanlı ailəsinin üzvüsünüz. Ata-analarımıza oğul, körpələrimizə əmi-dayı, bizlərə isə qardaşsız.

Sizə həsr etdiyim şeiri icazənizlə təqdim edirəm:

Aldız üstünüzə Baş Komandanlığı,

Lələ təpə oldu düşmənə göz dağı.

Ucaltdız göylərə üçrəng bayrağı,

Qardaşım, azad et, ana torpağı!

Hünərlə yaratdın Bakı-Tbilisi-Qarsı,

Böyük Türk aləminin iki qardaşı,

Allahım qorusun İlhamı, Ərdoğanı,

Olun bir-birinin arxa-dayağı.

Gərək azad olsun türkün torpağı,

Qovulsun yurdumdan bu nankor yağı,

Qardaşlar, qaytarın o Qarabağı,

Azad eləyin siz, ana torpağı.

Allah, nəzərindən salma Qazaxı,

Əsəd də kəsəcək bir qurbanlığı,

Müdrik siyasətlə al Qarabağı,

Azad et, azad et, ana torpağı!

Hörmətlə,

Məcidov Əsəd Qəməd oğlu.

Azərbaycan Respublikası, Qazax rayonu, Hüseynbəyli kəndi.