29 oktyabr 2020, 10:23
Berkut Gencay Sarıkızdan, Balıkesir, Türkiyə
Hörmətli cənab Prezident.
Mən məktəbliyəm. Azərbaycanı çox sevirəm.
Düşünürəm ki, atamın mənə məktəb ləvazimatı almaq üçün verdiyi 100 türk lirəsini Azərbaycanın Silahlı Qüvvələrinə bağışlamağım, İnşallah, əsgərlərimizə mənim töhfəm olar. Mən isə hələlik köhnə dəftərimdən, qələmlərimdən istifadə edə bilərəm.
Həmin pulun əsgərləriniz olan böyük qardaşlarıma daha çox kömək olacağına ümid edirəm. İnşallah, Qələbə Sizinlədir.
Allah əsgərlərimizin ayağına daş, gözünə yaş salmasın.
Hörmətlə,
Berkut Gencay Sarıkız
Türkiyə Respublikası, Balıkesir şəhəri.