27 oktyabr 2020, 10:21

Rövşən Zamanovdan, Mingəçevir, Azərbaycan

Hörmətli Ali Baş Komandan!

Bütün Azərbaycan xalqı Sizinlədir. Mən bir kəlbəcərli kimi, Sizinlə fəxr edirəm. Fəxr edirəm ki, Sizin kimi Ali Baş Komandanımız var.

Allah müzəffər Ordumuzu qorusun!

Siz adınızı Azərbaycan tarixinə qızıl hərflərlə yazdıran bir Sərkərdəsiniz! Bütün Azərbaycan xalqı Sizinlə bir yerdədir.

İşğal olunmuş torpaqlarımızın, o cümlədən Kəlbəcərin bir hissəsinin işğaldan azad olunması xəbərlərini Sizin dilinizdən eşitdikdə, sevincimizin həddi-hüdudu olmadı.

Cənab Prezident, Siz eyni zamanda, bütün Türk Dünyasının qəhrəmanısınız!

Kəlbəcərdə Sizi qarşılamaq, qonaq etmək ümidi ilə yaşayıram.

Hörmətlə,

Zamanov Rövşən Yunis oğlu.

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.