Mahir Qəribovdan, Bakı, Azərbaycan
Xalqın qəhrəman oğlu, cənab Ali Baş Komandan,
Siz xalqın inamını çətin məhrumiyyətlərdən sonra yenidən özünə qaytardınız. Qələbəyə inam yaratdınız. Qətiyyət göstərdiniz. Haqq-ədaləti bərpa edirsiniz. Azərbaycan xalqının Sizə olan etimadını doğrultdunuz. Bu inam və iradə ilə Azərbaycan xalqı Sizin ətrafınızda sıx birləşmişdir. Bu birlikdən yaranan güvənlə Siz bu gün Azərbaycanın tarixinə şanlı qələbələr yazırsınız. Bunlar qanla yazılan bir tarixdir. Çünki, şəhidlərimizin qanı Sizin qətiyyətiniz, əzm və iradənizlə birləşib. Bu güvənlə xalqımız Sizin qalib olacağınıza inanır.
Cənab Ali Baş komandan, Siz əmin ola bilərsiniz ki, Azərbaycan xalqının hər bir övladı Sizdən ilham alır. Necə ki, Ulu öndər Heydər Əliyev Sizin haqqınızda demişdi: “Mən ona özüm qədər inanıram”. Xalqımızın hər bir fərdi də Sizə özündən çox inanır. Vətənpərvərliyi, vətəni sevmək yolunda qətiyyəti Sizdən öyrənir. Əldə etdiyiniz qələbələrə görə Sizinlə fəxr edirik.
Mən Sizin sadiq əsgəriniz kimi, elmi araşdırmalarımı televiziya fəaliyyətimlə birləşdirərək bu günədək 2 monoqrafiya, 3 elmi əsər, 50-dən artıq məqalə və 150-dən artıq sənədli film hazırlamışam. Bu xidmətimlə Sizin xalqımız üçün həyata keçirdiyiniz faydalı işlərə dəstək olmağa çalışmışam. Çünki Sizin qətiyyətinizə, Ulu Öndərimizin uzaqgörən müdrik siyasətinə bütün varlığımla inanmışam. Bu gün şanlı Azərbaycan Ordusunun Sizin rəhbərliyinizlə yazdığı qəhrəmanlıq tarixinə aid sənədli filmlər hazırlayıram.
Sizə bu çətin və şərəfli işinizdə uğurlar arzu edirəm. Uca Allah yar və yardımçınız olsun. Amin!
Hörmətlə,
Qəribov Mahir Heydər oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.