İman Sadiyevdən, Yardımlı, Azərbaycan
Dövlətimizin qüdrətli başçısı, hörmətli Prezidentimiz!
Mən bir türk dünyasının ziyalı vətəndaşı kimi Sizin apardığınız həm daxili, həm də xarici siyasətinizi ürəkdən bəyənir və dəstəkləyirəm. Bir əsrdə düşmənə verilməyən layiqli cavabı Siz verdiniz. Sizin uzaqgörən, müdrik siyasətiniz hətta böyük dövlətləri də heyran edib. Sizə bu şərəfli işinizdə uğurlar arzulayıram və dərin minnətdarlığımı bildirirəm.
Cənab Prezident, bu gün şəhidlərimizin qisası alınır. Ordumuzun mənfur düşmənə vurduğu möhtəşəm zərbələr, torpaqlarımızın işğaldan azad olunması bizi çox qürurlandırır. Xalqımız sevinc göz yaşları içində bir-birlərini təbrik edir.
Tanrı Sizi qorusun, cənab Ali Baş Komandanımız! İnşallah, Ordumuz tam zəfər çalacaq.
Qarabağ Azərbaycandır!
Hörmətlə,
Sadiyev İman Xansuvar oğlu.
Azərbaycan Respublikası, Yardımlı şəhəri.