Mahir Məmmədovdan, Bakı, Azərbaycan
Möhtərəm Prezident, cənab Ali Baş Komandan.
Mən 2014-cü ildə müddətli həqiqi hərbi xidmətdə olmuşam. Hərbi rütbəm kiçik çavuş, ixtisasım atıcıdır. Hazırda Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatlarını yaxından izləyir və qürur duyuram. Lakin, bu qürurlu günlərimizdə işğal altındakı Ağdam rayonundan olan bir məcburi köçkün kimi cəbhədə gedən döyüşlərdə iştirak edə bilməməyim mənə pis təsir edir. Bildirmək istəyirəm ki, mən Vətənimiz uğrunda canımdan və qanımdan keçməyə hər an hazıram. Sizin ölkəmizdə qismən səfərbərlik elan edilməsi ilə bağlı sərəncamınız məndə ruh yüksəkliyini daha da artırmışdır.
Cənab Prezident, Sizin komandanlığınız altında torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə bilavasitə iştirak etmək arzusundayam.
Hörmətlə,
Məmmədov Mahir Kərim oğlu.
Azərbaycan Respublikası. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi.