Vüqar Süleymanzadədən, Abşeron, Azərbaycan
Hörmətli Prezident, müzəffər Ali Baş Komandan.
Mən Dövlət Sərhəd Xidmətində gizir rütbəsində xidmət etmişəm, çevik hərəkət taborunda qrup komandiri olmuşam. 2015-ci ildən səhhətimlə əlaqədar ehtiyata buraxılmışam, lakin müharibə dövründə hərbi xidmətə yararlıyam . “İqla-S”, “Zenit” raket kompleksi və pilotsuz uçuş aparatlarının idarə edilməsi kursunu keçmişəm.
Son damla qanımadək Vətənim, xalqım və Ali Baş Komandanım uğrunda döyüşməyə hazıram. Sizdən xahiş edirəm, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərə qatılmağıma, düşmənləri torpaqlarımızdan iti qovan kimi qovmağa icazə verəsiniz. And içirəm ki, Vətənim və Ali Baş Komandanım uğrunda canımı və qanımı əsirgəməyəcəm.
Bizə bu günləri yaşatdığınız üçün minnətdaram, cənab Ali Baş Komandan. Sizinlə qürur duyuram. Yaxşı ki, varsınız, Allah Sizi qorusun.
Hörmətlə,
Vüqar Süleymanzadə
Azərbaycan Respublikası, Abşeron rayonu, Mehdiabad qəsəbəsi.