23 oktyabr 2020, 16:08

Mehmet Karacadan, Qaziantep, Türkiyə

Hörmətli cənab Prezident, İlham Əliyev!

Mən türk xalqının bir şairi olaraq Sizə olan ehtiramımı öz şeirimlə ifadə etmək istəyirəm:

Şairəm, söyləyir dilim - Qarabağ mənim də elim,

Vurun qardaşlarım, zəfər bizimdir,

Əsgər oldum Vətənə, salam olsun əziz Vətənə.

Vurun qardaşlarım, zəfər bizimdir!

Şəhid oldum, anam, ağlama,

Şəhidim, ana ürəyini dağlama,

Vurun qardaşlarım, zəfər bizimdir,

Qarşı dağda duman var, şəhid, səndə iman var,

Qarşı dağın daşına - qurban olaq daşına, torpağına,

Oğlu şəhid olan ananın bax göz yaşına,

Vurun qardaşlarım, zəfər bizimdir!

Sabah namazını qılaq keçək,

Qarabağda bir su içək,

Şəhidlər körpüsündən keçək

Vurun qardaşlarım, zəfər bizimdir!

Qarabağın bağları, gül qoxur bağçaları, bağları

Vurun aslan igidlərim, zəfər bizimdir,

Əsgər deyər, gəlin oturaq, düşməni vuraq yatıraq,

Vurun qardaşlarım, zəfər bizimdir!

Hörmətlə,

Mehmet Karaca.

Türkiyə Respublikası, Qaziantep şəhəri.