İlham Əliyev Nizami və Xətai rayonlarında körpələr evi və uşaq bağçalarının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olmuşdur

01 mart 2012, 19:30
İlham Əliyev Nizami və Xətai rayonlarında körpələr evi və uşaq bağçalarının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olmuşdur

Prezident İlham Əliyev Bakının Nizami və Xətai rayonlarında körpələr evi və uşaq bağçalarının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olmuşdur.

Prezident İlham Əliyev Paytaxtın Nizami rayonu ərazisində 110 saylı körpələr evi və uşaq bağçasının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış olmaq üçün buraya gəldi. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, bağçanın binası 1965-ci ildə inşa olunub.

Son dəfə 1976-cı ildə əsaslı şəkildə təmir olunub. Müəssisə 12 qrupdan ibarət 220 uşaq üçün nəzərdə tutulub. Hazırda burada 7 qrupdan ibarət 150 uşaq tərbiyə alır. 5 qrup otağında isə məcburi köçkünlər məskunlaşıb. Bildirildi ki, binanın 1700 kvadratmetrlik sahəsi var. Dövlət başçısının tapşırığı ilə iki mərtəbədən və 6 korpusdan ibarət körpələr evi və uşaq bağçasının binası qısa vaxt ərzində ən müasir standartlara uyğun olaraq əsaslı şəkildə təmir edilib. Qazanxana yenidən qurulub, yeni istilik sistemi yaradılıb, bağça isti və soyuq su ilə tam təchiz edilib. Körpələr evi və uşaq bağçasının yeməkxanası da ən müasir tələblər səviyyəsindədir. Bağçanın əsas binasında aparılan yenidənqurma işləri ilə yanaşı həyətyanı sahədə də abadlıq və quruculuq tədbirləri görülüb. Bir hektar sahəni əhatə edən həyətyanı sahədə uşaqların əylənməsi üçün xüsusi guşələr yaradılıb. Binanın və ərazinin işıqlandırma sistemi tamamilə yenidən qurulub, işıq dirəkləri yeniləri ilə əvəz edilib. Nizami rayonundakı 110 saylı körpələr evi və uşaq bağçasının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanışlıqdan sonra dövlət başçısı Xətai rayonundakı 251 saylı körpələr evi və uşaq bağçasının yenidənqurmadan sonrakı vəziyyətlə yaxından tanış oldu. Burada görülən işlərlə bağlı da Prezidentə məlumat verildi. Qeyd olundu ki, körpələr evi və uşaq bağçasının binası 1984 - ci ildə inşa olunub. 120 yerlik bağçada 6 qrup fəaliyyət göstərir. İki mərtəbədən, və 4 korpusdan ibarət binanın ümumi sahəsi 1100 kvadratmetrdir. Həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərindən sonra müəssisədə uşaqların təlim və tərbiyəsi üçün ən müasir şərait yaradılıb. 251 saylı körpələr evi və uşaq bağçasında qazanxana tamamilə yenidən qurulub, müasir istilik sistemi yaradılıb, daimi olaraq isti və soyuq su ilə təchiz edilib. Müəssisənin 3500 kvadratmetrlik həyətyanı sahəsində də abadlaşdırma işləri aparılıb, uşaqların əylənməsi üçün lazımi şərait yaradılıb. İşıqlandırma sistemi yeniləri ilə əvəz edilib. Körpələr evi və uşaq bağçalarının hər ikisində təhlükəsizlik kameraları quraşdırılıb. Görülən işlərlə yaxından tanış olan dövlət başçısı müvafiq tapşırıqlarını verdi. 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 02 may 2025
16:31
Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən Pir Həsən ziyarətgahında təmir-bərpa işlərinin həyata keçirilməsi üçün vəsait ayrılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən Pir Həsən ziyarətgahında təmir-bərpa işlərinin həyata keçirilməsi...

02 may 2025, 16:31
SƏNƏDLƏR Fərmanlar 01 may 2025
16:15
“Dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi və Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” 2018-ci il 13 mart tarixli 3787 nömrəli, “Dövlət qulluqçularının aylıq vəzifə maaşlarının müəyyən edilməsi və “Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3787 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” 2019-cu il 18 iyun tarixli 1268 nömrəli sərəncamlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 1 mart tarixli 1611 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

PDF yükləyin

01 may 2025, 16:15
SƏNƏDLƏR Qanunlar 01 may 2025
16:13
“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında”...

01 may 2025, 16:13
SƏNƏDLƏR Sərəncamlar 01 may 2025
13:30
Qusar rayonunun Quxuroba–Hiloba–Yasaoba–Əniqoba–Aşağı İmamqulukənd–Şirvanlı avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Beş min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Quxuroba–Hiloba–Yasaoba–Əniqoba–Aşağı...

01 may 2025, 13:30
SƏNƏDLƏR Fərmanlar 30 aprel 2025
16:53
“Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası...

30 aprel 2025, 16:53