Aygül Cəfərovadan, Şəki, Azərbaycan
Hörmətli Prezident, cənab Ali Baş Komandan.
Mən şair təbiətli insanam. Ona görə də ulu öndərimiz Heydər Əliyevə və Sizə olan ürək sözlərimi, fikirlərimi poeziya dili ilə deyəcəyəm.
Dədə Heydər
Azərbaycan adlı dövlət yaratmısan,
Qürurumsan, Sən dahisən dədə Heydər!
Dağılmaqda olan yurdu yaşatmısan,
Sən ölməzsən, əbədisən dədə Heydər!
Bizim yurda Sən bir Allah vergisisən,
Məğrur ürək, dərin zəka sahibisən
Bu torpağa İlhamı bəxş etmisən
Sən ölməzsən, əbədisən dədə Heydər!
Neçə təhsil ocaqları tikdirmisən,
İnsanlara hər zaman kömək etmisən,
İncəsənət aləmini yüksəltmisən,
Sən ölməzsən, əbədisən dədə Heydər!
Belə oğul bir də gəlməz bu torpağa,
Etdiklərin təkrarlanmaz bu dünyada,
And içərək dəyər verdin bu bayrağa,
Sən ölməzsən, əbədisən dədə Heydər!
İlhamla Qarabağa
Neçə ildir həsrət idik,
İtirilən torpaqlara.
İnşallah ki, gedəcəyik
Biz İlhamla Qarabağa.
Ona biz çox inanırıq,
Ölkəmizin atasıdır.
Bütün şəhid balaların
Qisasını alasıdır.
Türk oğludur bizim İlham!
Ordu gücü ondan alır.
Düşmənini diz çökdürür,
Xalq İlhama çox inanır.
Biz qorxmuruq ermənidən,
Yurdumuzdan qovacağıq,
Azərbaycan Bayrağını
Biz Şuşada asacağıq.
Dərin hörmət və ehtiramla,
Aygül Cəfərova
Azərbaycan Respublikası, Şəki şəhəri.