23 oktyabr 2020, 10:56

Rasim Ağabəyovdan, Quba, Azərbaycan

Cənab Ali Baş Komandan.

Bu müharibə zamanı işğal olunmuş şəhər və kəndlərin azad edilməsində qazanılan zəfərlərə görə Sizə minnətdaram. Mən Sizinlə fəxr edirəm.

Cənab Prezident, mənim nəvəm də hazırda ön cəbhədə döyüşür. Bütün hərbi qulluqçulara uzun ömür və müvəffəqiyyətlər arzulayıram. Allah şəhidlərimizə rəhmət eləsin. Onların valideynlərinə başsağlığı verirəm. İnanıram ki, onların qanı yerdə qalmayacaq və üçrəngli Bayrağımız Şuşada, Xankəndidə dalğalanacaq. Sizdən böyük Qələbə xəbərini gözləyirəm.

Hörmətlə,

Rasim Ağabəyov

Azərbaycan Respublikası, Quba rayonu, 1-ci Nügədi kəndi.