22 oktyabr 2020, 12:25

Türkiyə qazilərindən, Ankara, Türkiyə

Möhtərəm cənab Prezident.

Biz Türkiyə üçün hər zaman xainlərə, separatçı qüvvələrə qarşı mübarizə aparan qazilərik.

Bu məktubu yazdığımız vaxtda Sizin, Azərbaycan dövlətinin şanlı ordusunun və xalqınızın tarixin ən böyük qəhrəmanlıq dastanlarından birini yazdığınızı görürük. Bu qəhrəmanlıq eposunun yazılmasında hər zamanında Sizinlə olduğumuzu bildiririk.

Azərbaycan tək deyil, Türk dövləti və milləti həmişə olduğu kimi yenə də Azərbaycanın yanındadır. Biz Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü hədəf alan hər cür cəhd və təxribatına qarşıyıq. Qarabağın işğalının sona çatması üçün Vətən müharibəsini və Azərbaycanın milli mübarizəsini bütün gücümüzlə dəstəklədiyimizi bəyan edirik.

Böyük türk milləti, o cümlədən biz qazilər Sizin rəhbərliyinizlə işğalçı Ermənistana qarşı Azərbaycan Silahlı Qüvvələrinin hər bir qələbəsini böyük sevinc və həvəslə qarşılayırıq.

Əminik ki, gələcək nəsil Türk Dünyasının ortaq coğrafiyasını, mədəni, mənəvi dəyərlərinin yaşadılmasını, ümumi tarixi və mədəni dəyərləri qoruyacaq.

Bir daha Vətən bildiyimiz Azərbaycanın haqq mübarizəsində yanınızda olmaq üçün hər an Azərbaycana gəlməyə hazır olduğumuzu bildirir, şəhid ailələrinə başsağlığı diləyir, yaralı Azərbaycan qazilərinə şəfa arzulayırıq.

Hörmətlə,

Muhammet Kemaloğlu

Erten Acır

Hudaverdi Mercan

Ömər Duran

Ahmet Özduman

İzzət Ertunc

Ümit Kaplan

Ali Gümüştaş

Umut Biçer

Şafaq Mert

Mehmet Çelik

Türk qaziləri

Türkiyə Respublikası, Ankara şəhəri.