20 oktyabr 2020, 18:00

Cavidə Məmmədovadan, Bakı, Azərbaycan

Hörmətli Prezident, cənab Ali Baş Komandan.

Sizin müdrik siyasətiniz sayəsində ölkəmizin qazandığı uğurlar, komandanlığınızla doğma torpaqlarımızı işğaldan azad edən rəşadətli ordumuzun zəfərləri, düşmənlərimizə verilən layiqli cavablar bizə qürur hissi yaşadır. Biz fəxr edirik ki, azərbaycanlıyıq. Siz böyük həqiqəti danılmaz bir şəkildə dünyaya sübut etdiniz: Qarabağ Azərbaycandır! Qələbə bizimlədir! Sizə həsr etdiyim şeiri təqdim edirəm:

Ali Baş Komandanım

Verdin döyuş əmrini, yer oynadı yerindən,

Dünya təşvişə düşdü, od saçan qəzəbindən,

Ordumuz qüvvət aldı Sənin qətiyyətindən.

Döyüşə, qələbəyə, uğura yol açanım, Ali Baş Komandanım!

Allahın nəzərləri üzərinə enibdir,

Səndə qədim türklərin ruhu təzələnibdir,

Düşmənlərin tülkü tək yuvada gizlənibdir.

Dünyaya tarix dərsin yenidən oxudanım, Ali Baş Komandanım!

Ulu Öndər məktəbin ləyaqətlə keçmisən,

Bu dünyada ən ağır, ən çətin yol seçmisən,

Bu şərəfli yolda Sən Qurana and içmisən.

Quran olsun köməyin, anda sadiq qalanım, Ali Baş Komandanım!

Bu yol Heydər yoludur, ona bayraqdar oldun,

Həm oğul, həm vətəndaş, həm də Komandan oldun,

Qələbəylə, zəfərlə bu əsrə imza qoydun.

Dünyanın tarixində yeni səhifə açanım, Ali Baş Komandanım!

Qoca türkün oğlusan, göyə ucalsın başın,

Bu millətin adıyla daim yaşasın adın,

Yurduma göz dikənin dünya duysun fəryadın!

Ey yurdumun İlhamı, həm şərəfim, həm şanım, Ali Baş Komandanım!

Hörmətlə,

Cavidə Məmmədova

AMEA-nın Ədəbiyyat İnstitutunun əməkdaşı, dosent

Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu.