Dilara Altasdan, Sivas, Türkiyə
Hörmətli cənab Prezident.
Mən Türkiyənin Sivas şəhərində yaşayıram. İnönü Universitetində “Orta əsrlər tarixi” üzrə doktorluq dərəcəsi ilə bağlı elmi araşdırma aparıram. Elmi işimin mövzusu Azərbaycan tarixi ilə bağlıdır.
Türkiyə Respublikasının vətəndaşı olaraq Qarabağ problemi ilə bağlı atdığınız cəsarətli addımlara görə Sizə minnətdaram. Azərbaycanı Türkiyə qədər sevən, onlar arasında heç bir fərq qoymayan bir insan kimi Qarabağın müdafiəsi üçün əlimdən gələni etməyə hazıram.
İngilis, fars və erməni dillərini bildiyim üçün tarixi mənbələri araşdırıb əldə etdiyim bilik və faktları böyük türk millətinə xidmət etmək üçün istifadə edirəm. Ona görə də bir tarixçi kimi Azərbaycana xidmət etməyə hazıram. Biz Sizinlə fəxr edirik.
Azərbaycanın Türkiyə ilə birlikdə bölgənin ən güclü dövlətləri olmaq üçün göstərdiyiniz səylərə görə minnətdarıq.
Hörmətlə,
Dilara Altas.
Türkiyə Respublikası, Sivas şəhəri.