17 oktyabr 2020, 15:21

Gülağa Mustafayevdən, Abşeron, Azərbaycan

Əziz və hörmətli Prezident, cənab Ali Baş Komandan.

Sizin fərmanınızla “Dövlət qulluğunda fərqlənməyə görə” medalı (2012-ci il) ilə təltif olunan, Kənd təsərrüfatı sahəsində 48 il fasiləsiz və qüsursuz çalışan, “Kənd təsərrüfatının ən yaxşı mütəxəssisi” fəxri diplomlu alim, aqronom-iqtisadçı, 2014-cü ildən təqaüddə olan 71 yaşlı Mustafayev Gülağa Mirhəsən oğlu mənfur erməni vandalizmi üzərində qələbə münasibətilə Sizi, Ordumuzu və xalqımızı təbrik edirəm. Ümid edirəm ki, yaxın günlərdə, erməni faşizmi üzərində hamımızın səbirsizliklə gözlədiyimiz tam qələbə zəfəri çalınacaq və Şuşada dalğalanacaq üçrəngli bayrağımız ətrafında möhtəşəm qələbəni qeyd edəcəyik.

Hörmətli Prezident, cənab Ali Baş Komandan, Sizin son zamanlar, son günlər, qətiyyətli çıxışlarınız, verdiyiniz müsahibələr Azərbaycan xalqının Sizə olan inamını, ümidini və minnətdarlığını artırır, Sizin ətrafınızda bir yumruq kimi daha da sıx birləşdirir. Biz Sizinlə fəxr edirik. Bir Azərbaycan vətəndaşı və ağsaqqal kimi, Sizə həsr etdiyim şeirimlə ürək sözlərimi, Vətənə məhəbbətimi bildirməklə müzəffər Ordumuza əzmkarlıq və qələbə arzulayıram.

Ali Baş Komandan

Ali Baş Komandan verir əmri,

Aslan kimi hər əsgəri,

Şığımaq üçün düşmən üstə,

Kim tank üstə, kimi səsdə.

Ordu-ordu keçib gedir,

Milli qürur deyib gedir,

At üstündə tozdur duman,

Namərdlərə verməz aman.

Dönməz geri, baxmaz geri,

Azərbaycan mərd əsgəri,

Vardır nə güclü rəhbəri.

İllərdi gözlədik qələbəni biz,

Laqeyd olmadıq var rəhbərimiz,

Heydərdən almışıq, vardır dərsimiz.

Azadlıq uğrunda çırpınan ürək,

Milləti Vətəni biz azad görək,

Əzmlə, vüqarla göstərdi hünər,

Layiqli alqışa olaq səfərbər,

“İlhamla irəli!” - olub səfərbər,

Bu şüarla olub şiri-nər,

Yenilməz ordumuz mübariz gərək,

Elləri, Vətəni biz azad görək,

Vətənlə sevinək, Vətənlə gülək.

Hörmətlə,

Gülağa Mustafayev

Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri.