16 oktyabr 2020, 16:17

Novruz Səfərovdan, Bakı, Azərbaycan

Möhtərəm Prezidentimiz və Ali Baş Komandanımız!

Bu, minlərlə insanın iradə və ifadəsidir. Dünya gücünün aça bilmədiyi və ya açmaq istəmədiyi bu ağır düyünü xalqımızın dəstəyi ilə Siz açdınız. Müzəffər Ordumuzla Dağlıq Qarabağ harayının təntənəsini yaratmaqla yeni əsər, yeni tarix yazdınız. Xalqımız Sizinlə fəxr edir!

Ulu Öndərimiz Heydər Əliyevin “millətin, dövlətimizin tərəqqisi, ölkəmizin ərazi bütövlüyünün tam bərpası, iqtisadiyyatının yüksəldilməsi” kimi müdrik vəsiyyətləri Prezident kürsüsünə əyləşdiyiniz ilk andan ardıcıl, inadlı və məqsədyönlü şəkildə həyata keçirildiyindən, nəhayət, öz bəhrəsini vermişdir.

Böyük Türk həmrəyliyi ilə azğın düşməni silahların dəqiq və sərt dili ilə, havadarlarını isə böyük natiqliklə, məharətlə, qətiyyətlə, öz dilində sərrast cavablarınızla susdurdunuz. Xalqımızın qüruru, vüqarı şərəflənmişdir. Günümüzü şadlıqla mübarək etdiniz. Sizinlə qürur duyuruq!

İllərdir “niyə torpaqlarınızı almırsınız?”- deyə edilən tənələri, qara ləkələri, utanclıq damğasını vüqarla, qəhrəmanlıqla əvəz etdiniz. Düşmən zəlil oldu.

Mən prokurorluq əməkdaşıyam. Təqaüdçüyəm. Hüquq təbliğatçısı kimi kütlə içərisində, xalq arasında inadlı kursunuzu təbliğ etməkdən fəxr edirəm. Xalq Sizinlədir. Siz hər zaman bəyan edirsiniz ki, “bizim işimiz haqq işidir və mənim əsas işim də xalqıma xidmət etməkdir”. Qoy bu yolda Ulu Tanrı Sizə və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanıma böyük cəsarət və coşqunluq versin! Amin!

Düşmənimiz ar, dostlarımız var olsun!

Hörmətlə,

Səfərov Novruz Rüstəm oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu.