Alı Xankişiyevdən, Sumqayıt, Azərbaycan
Hörmətli cənab Prezident,
Mən, 80 yaşlı ahıl təqaüdçü 1993-cü ildə Füzuli rayonunun Veysəlli kəndindən məcburi köçkün düşərək Sumqayıt şəhərində məskunlaşmışam. Müharibədə çoxlu həmkəndlimi, qohum-əqrəbamı, doğma qardaşımı itirmişəm. Erməni faşistlərinin xalqımıza qarşı terror və təxribat əməllərinin bütün ağrı-acısını yaşamışam. Dövlətimizin bizə göstərdiyi qayğı nəticəsində keçən 27 il ərzində heç bir çətinlik hiss etmədik, yalnız Vətən nisgili və qisas hissi ilə alovlandıq. Sizi bu Qələbələr münasibətilə təbrik edirəm!
Cənab Ali Baş Komandan, artıq vaxt yetişmişdir. Son günlər şanlı Ordumuzun qazandığı uğurlar bütün xalqımız kimi bizdə də ruh yüksəkliyi və doğma yurdlarımıza qayıdacağımıza inam yaratmışdır.
Cənab Prezident, Türkiyənin Atatürkü olduğu kimi, Siz də Azərbaycanın xilaskarı olacaqsınız!
Hörmətlə,
Xankişiyev Alı Qaçay oğlu,
Füzuli rayonundan məcburi köçkün.
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.