14 oktyabr 2020, 13:54

Məhbub Zülfüqarlıdan, İmişli, Azərbaycan

Cənab Prezident, möhtərəm Ali Baş Komandan!

Sizin adınız Azərbaycan tarixində əbədi olaraq qalacaqdır, çünki Sizin getdiyiniz yol xalqımızı, dövlətimizi qələbəyə aparır. Addımladığınız bu zəfər yolunda uşaqdan böyüyə qədər hər kəs Vətənin müdafiəsinə qalxaraq, Sizi dəstəkləyir, Sizinlə bir yerdə olduqlarını nümayiş etdirirlər.

Mənim də yaxınlarım, qohum-qonşularım Vətənin müdafiəsinə qalxıb, könüllü olaraq vuruşmaq niyyətindədirlər. Qarabağ qaziləri olan bir qrup dostum da könüllü olaraq döyüşə gediblər.

Heydər Əliyev kimi dahi siyasət korifeyinin siyasi kursunun davamçısı olaraq, Siz bu gün Azərbaycanın yeni zəfər tarixini yazırsınız.

Əmrinizlə başlanılan əks-həmlə əməliyyatı bir daha sübut etdi ki, erməni siyasəti başdan-ayağa yalanlar üzərində qurulub. Xocalı soyqırımını törədən faşistlərə layiqli cavab verməklə, Siz orada körpələrin tökülən nahaq qanlarının, ahılların qətliamının qisasını aldınız.

Mənfur, məkrli düşmənin yalanlarını ifşa etməklə Siz kimin nə məzhəbə qulluq etdiyini göstərdiniz. Bu, Sizin nəinki bizlərə, hətta bütün türk dünyasına böyük xidmətiniz oldu.

Uca Tanrı bu haqq işində, Vətən savaşında Sizə və mərd, igid Vətən oğullarımıza yar olsun!

Hörmətlə,

Zülfüqarlı Məhbub Əvəz oğlu,

ADP-nin İmişli rayon təşkilatının sədri.

Azərbaycan Respublikası, İmişli rayonu.