13 oktyabr 2020, 17:40

Rüstəm Allahyarov adına Yenicə kənd tam orta məktəbinin kollektivindən, Ağdaş, Azərbaycan

Hörmətli cənab Prezident!

İşğal altında olan torpaqlarımız erməni faşistlərindən azad olduqca qəlbimiz fərəh hissi ilə döyünür. Biz çox xoşbəxt xalqıq ki, Sizin kimi Prezidentimiz var. Xalq da bir yumruq kimi Sizin arxanızda durur. Gün o gün olsun ki, bu dava qurtarsın, ölkəmizin üzərindən qara buludlar dağılsın, onun yerini açıq səma tutsun.

Zəfər bayrağımız Qarabağ torpağının bütün guşələrində dalğalansın.

Qələbəmizə sevinənlər var olsun, sevinməyənlərə ar olsun!

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Hörmətlə,

Yenicə kənd Rüstəm Allahyarov adına tam orta məktəbin kollektivi.

Azərbaycan Respublikası, Ağdaş rayonu, Yenicə kəndi.