Bəxtiyar Əzizovdan, Bakı, Azərbaycan
Çox hörmətli cənab Ali Baş Komandan.
Sizin əmrinizlə Ordumuzun son günlər cəbhə bölgəsində göstərdiyi şücaət məni ilhama gətirmişdir. Sizə həsr etdiyim şeri təqdim edirəm.
Ümüdləri doğruldan,
Ali Baş Komandanım.
Göstərib qüdrətini,
Ali Baş Komandanım.
Diz çökərək and içib,
Üç rəngli Bayrağına.
Vətənini qoruyan,
Rəhbər olub xalqına.
Əhd edib, peyman qıldın,
Öz doğma torpağına.
Çatdırır millətini,
Müqəddəs arzusuna.
Xüdadan bir pay oldun,
Vətən üçün yar oldun.
Əhsən sənin Anana
Düşmənə çəpər oldun.
Təmkinlə, ümid ilə,
Gözləyirdik bu günü.
Hər sözün, çıxışında,
Düşmənlə yarışında.
Bir sözünlə bir olduq,
Bir yerdə əlbir olduq.
Xalqımızın gözündə,
Ucalaraq pir olduq.
Baxışın qartal kimi,
Yerişin aslan kimi.
Səninlə fəxr edirik,
Çox müdirk insan kimi.
Əmr edibdir əsgərə,
Geri çəkilmək olmaz.
Dərs verilsin düşmənə,
Sığınsınlar səngərə.
Ey Heydər məktəbinin,
Layiqli davamçısı.
Sənə olan ümidlər,
Tapıbdır təsdiqini.
Göstərir səxavətin,
Göstərir rəşadətin.
Çıxıb düşmən önünə,
Göstərir şücaətin.
Ordun yenilməz olsun,
Çəmən igidlə dolsun.
Vətənin keşiyində,
Mərdi-mərdanə dursun.
Aparacaq xalqını,
O qələbə gününə.
Səbr ilə, təmkin ilə,
Xalqının zəfərinə.
Qürür verici hissdir,
Qələbə xəbərləri.
Zəfər çalmağa gedir,
Azərbaycan əsgəri.
Yaşa ey mənim xalqım,
Yaşa ey Komandanım.
Yaşasın hürriyətim,
Yaşasın türk millətim.
Hörmətlə,
Bəxtiyar Əzizov
Azərbaycan Respublikası, Bakı şəhəri.