Kərəm Nəbiyevdən, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident,
Sizi qeyrət, Vətən sevgisi ilə döyünən, düşmənə heç vaxt arxa çevirməyən, tarixən Vətəninə, xalqına, dövlət və dövlətçiliyinə sadiq qəhrəman Gədəbəy camaatı adından qələbəmizə inam hissi ilə öncədən təbrik edir, uğurlar diləyirəm!
Gədəbəy camaatı düşmənə bir qarış da torpaq verməyib. Qəlbimiz Vətənimizin digər yaralı qollarının taleyi barədə düşünərək, azad olunmasını səbirsizliklə gözləyirik. Axır ki, Sizin - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əmri ilə bu iztirab sona yetməyə başlayıb. Sizin beynəlxalq görüşlərdəki çıxış və jurnalistlərə bir neçə xarici dillərdə belə cavablarınız bizdə qürur oyadır.
Allah şəhidlərimizə rəhmət, döyüşçülərimizə isə daim ruh yüksəkliyi, qələbə sevinci versin.
Qarabağ Azərbaycandır!
Mən də bütün şair təbiətli gədəbəylilər kimi qəlbimdən keçən hissləri şeirlə demək istəyirəm:
İLHAM
Adın millətinə, elə əzizdir,
Bitdin öz kökündə, mayan təmizdir
Vüqarın, ilhamın dağdır, dənizdir,
Gələcək sükanım, dayağım, İlham!
Ümmanlar fatehisən,
Girməyirsən dayaza.
Qardaşım, nəzər yetir,
Qanlı axan Araza!
Oylaqlar həsrətdir gülüşlərimə, Bulaqlar həsrətdir öpüşlərimə,
Zirvələr həsrətdir görüşlərimə,
Kəsilib dağlardan ayağım, İlham!
Sevinc müjdəsi yetir,
Bütün arana, dağa.
Qələbə bayrağı sanc,
Göyçəyə, Qarabağa!
Ali məclislərdə başda oturdun,
Siyasət elmində lap öndə durdun.
Düşməni sözünlə şimşəktək vurdun!
Ey sönməz məşəlim, mayağım İlham!
Əməlin Günəş olsun,
Hər ürəyə, hər cana.
Adın Lider yazılsın,
Bütöv Azərbaycana!
ÇAĞIDIR
Hoydu, hoydu, ər igidlər!
Gəlin, intiqam çağıdır!
Qarşıdadır şanlı günlər,
Gəlin, intiqam çağıdır!
Dardadır Kəlbəcər, Laçın,
Bağrı çatlayır Şuşanın!
Gedin, Zəngəzura çatın,
Gəlin, intiqam çağıdır!
Fərqi nədir Quba, Gəncə,
Bilin ki, Vətəndir öncə.
Sizi haraylayır Göyçə,
Gəlin, intiqam çağıdır!
Gədəbəy mərdi-mərdanə,
Güc gəldi xain düşmənə.
Keç Qazaxdan Şəmşəddinə,
Gəlin, intiqam çağıdır!
Quduzlaşıb yağı düşmən,
Tutub sağı-solu düşmən.
Yenilməli ağı düşmən,
Gəlin, intiqam çağıdır!
Şah ocaqda yelə dönün,
Murov dağda selə dönün,
Kərəm deyir: - Belə dönün!
Gəlin, intiqam çağıdır!
Böyük hörmət və ehtiramla,
Nəbiyev Kərəm,
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Qarabağ müharibəsi veteranı.
Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.