09 oktyabr 2020, 18:10

Sücaət Hüseynovadan, Bakı, Azərbaycan

Hörmətli Prezident.

Bütün gücünüzü, qüvvənizi və siyasi səylərinizi Qarabağın azadlığı uğrunda mübarizəyə həsr edirsiniz. Bu çətin imtahan qarşısında Allah yardımçınız olsun. Amin.

Cənab Prezident, ürək sözlərimi Sizə yazdığım bu şeirlə ifadə etmək istəyirəm:

Xalqımızın nər oğlu cənab İlham Əliyev

Cənab İlham Əliyev, Sizi təbrik edirik!

Qələbə əzmi ilə Qarabağa gedirik

“Qarabağ Azərbaycandır!” deməyinlə bir kərə

İki kəlmə sözünlə düşməni vurdun yerə

Öldü var, döndü yoxdur - sənin şüarın budur.

Sənin kəskin çıxışın düşmənin ağzın yumur

Çünki sən dərs almısan dahi Ulu Öndərdən

Heç də geri qalmırsan Koroğlu kimi nərdən

Dünyanın o başından gəlir sənin haqq səsin,

Bizə dayan deməyə haqqı çatmır heç kəsin!

Çünki azad edirsən torpağını, yurdunu

Ulu Tanrı qorusun bizim şanlı Ordunu

O qədər sözüm var ki, ürəyim dopdoludur

Qarabağa gedən yol - cənab İlham yoludur!

Cənab Prezidentim, Sizin uğurlarınız bizim uğurlarımızdır. Çünki Siz nə edirsinizsə, xalq üçün edirsiniz. Sağ olun, var olun!

Hörmətlə,

Hüseynova Sücaət Qənbər qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.