09 oktyabr 2020, 15:00

Vüsalə Hüseynova və başqalarından, Ağdam, Azərbaycan

Hörmətli Prezident, cənab Ali Baş Komandan.

Bu günlərdə qəhrəman igidlərimizin ayaq səsləri belə düşməni lərzəyə salır. İgidlərimiz isə gücü-qüvvəti Sizin qətiyyətinizdən alır.

Bu gün hər bir azərbaycanlının fikri cəbhədədir. 30 ilə yaxındır həsrət qaldığımız ən böyük qələbə sevincinə görə geçə-gündüz çalışan Liderimizə - Sizə və canını Vətənin hər qarışı uğrunda sipər edən əsgərlərimizə borcluyuq.

Cəbhədə qazandığımız uğurlarımız münasibətilə Sizi və xalqımızı təbrik edirik. Biz əminik ki, Şuşada qələbə paradı keçiriləndə, Ağdamda atəş-fəşanlıq olacaq.

Qələbə bizimlədir!

Hörmətlə,

Hüseynova Vüsalə

Quliyeva Gülşən

Qasımova Xoşbəxt

Mahmudova Ülviyyə

Cəbrayılova Pərvanə

Əliyev Faiq

Rzayeva Xoşbəxt

Azərbaycan Respublikası, Ağdam rayonu.