06 oktyabr 2020, 21:13

Beynəlxalq Qarabağ Forumunun üzvlərindən

Hörmətli Prezident, cənab Ali Baş Komandan.

Biz - Beynəlxalq Qarabağ Forumunun üzvləri Azərbaycanın işğalçı Ermənistana qarşı, onun təxribatlarını dəf etmək üçün başladığı əks-hücum əməliyyatlarını, torpaqlarımızın azadlığı naminə müqəddəs savaşını böyük sevinc, fəxr, qürur hissi ilə dəstəkləyir, Sizin bütün addımlarınızı ürəkdən alqışlayırıq.

Xalqımızın, bütün dünyadakı soydaşlarımızın illərdir həsrətlə gözlədiyi Qələbə gününün uzaqda olmadığına, Sizin rəhbərliyinizlə bütün torpaqlarımızın, Qarabağımızın tezliklə azad ediləcəyinə tam inanırıq. Biz yaşadığımız ölkələrdə ümumi qələbəmiz naminə yorulmadan çalışır və Vətənin müdafiəsi üçün Sizin bütün əmrlərinizi yerinə yetirməyə hazır olduğumuzu bildiririk. Hər birimiz müqəddəs savaşda, Vətən uğrunda müharibədə əmrə müntəzir əsgərlərik. Allah millətimizi, dövlətimizi, Ordumuzu qorusun! Qələbə mütləq bizim olacaq. Ya Qarabağ, ya ölüm!

Hörmətlə,

Beynəlxalq Qarabağ Forumuna daxil olan təşkilatların rəhbərləri:

Azərbaycan - Akif Nağı, Emin Həsənli, Sultan Əzimzadə, Firidun Məmmədov, Firuzə Əsədullayeva, Mehriban Abdullayeva, Şərqiyyə Dadaşova, Elxan Şahinoğlu;

Türkiyə - Bilal Dündar, Cəfər Dal, Camal Barış, Möhsün Akçay, Rafet Ulutürk, Ziya Zakir Acar, Kərəm Karabulut, Sözer Akyıldırım, Qazax Nağı, Tural Qədirli;

Rusiya - Əli Kazımov, Elxan Rüstəmov, Azər Səfərov, Elşən İbrahimov, İlham Əliyev, Həşim Əliyev, Haşim İsgəndərli, İlham Tağıyev, Tofiq Rzayev, Sultan Mərzili, Ceyhun Əliyev, Fikrət Qasımov;

ABŞ - Ehtiram Əsgərli;

Almaniya - Samir Həsənov, Zaur Əliyev, Mustafa Qula Bala, Rəsul Aslanov, Asif Məsimov;

Fransa - Saleh Qəhrəmanlı;

Ukrayna - Burzu Əliyev, Fərhad Turanlı, Hikmət Cavadov, Eldar Tağıyev, Anar Natiqoğlu;

Gürcüstan - Sabir Mehdiyev, Elşad Əliyev;

İsveç - İradə Əliyeva, Kənan Hacıəkbəroğlu, Elvin İbrahimli, Nizami Tağısoy;

Belçika - Ədalət Quliyev, Namiq Babayev, İlkin Hüseynov;

İsveçrə - Nurlan Əmrahov;

Avstriya - Fərid Əzizov;

Niderland - Mayisə Ağamirzəyeva.