06 oktyabr 2020, 20:57

Mahir Məmmədovdan, Cəbrayıl, Azərbaycan

Hörmətli Ali Baş Komandan.

Qarabağ müharibəsi əlili kimi böyük fəxarət hissi ilə sayənizdə Azərbaycanın ərazi bütövlüyü və işğal olunmuş mövqelərimizin yağılardan təmizlənməsi münasibətilə Sizi təbrik edirəm.

Ehtiyatda olan döyüşçü kimi hər an Sizin “İrəli!” əmrinizi gözləyirəm. Ölkəmiz daim ucalığa və qalibiyyətə layiqdir. Sizin kimi qeyrətli oğulların sayəsində günahsız körpələrimizin və xalqımızın qanının yerdə qalmayacağına əminik. Qazanılan qələbələr münasibətilə Sizi və Sizin simanızda bütün Azərbaycan xalqını, türk dünyasını təbrik edirik.

Bu Vətənə daim qürur və rəşadətlə xidmət etməyə hər an hazıram!

Hörmətlə,

Məmmədov Mahir Əbülfət oğlu, 2-ci qrup Qarabağ əlili.

Azərbaycan Respublikası, Cəbrayıl rayonu, Çullu kəndi.