06 oktyabr 2020, 14:33

Tofiq Şahmarovdan, Masallı, Azərbaycan

Cənab Ali Baş Komandan!

Sizin xalqa dünənki müraciətiniz bütün Azərbaycan xalqını kiçikdən-böyüyə, siyasi mənsubiyyətindən asılı olmayaraq hamını bir ürək, bir yumruq kimi ətrafınızda birləşdirdi.

Bu müraciətlə hər birimizin ürəyini fəth etdiniz. Bu müraciət öz dərin, hərtərəfli məzmununa görə bu gün yazılan yeni şanlı tariximizin səhifələrində öz əksini tapacaqdır.

Siz bu müraciətlə bir daha sübut etdiniz ki, polad iradəli ulu öndərimiz Heydər Əliyevin siyasətini qətiyyətlə davam etdirirsiniz.

Ailəmizdə hamı müraciətiniz bitdikdə Sizi ayaqüstə alqışlayırdı. Mən əminəm ki, həmin anlar bütün Azərbaycan xalqı Sizi ayaqüstə alqışlayırdı.

Uca Tanrı Sizin, millətimizin, ordumuzun və türk dünyasının böyük oğlu Rəcəb Tayyib Ərdoğanın yardımçısı olsun.

Hörmətlə,

Şahmarov Tofiq Şirin oğlu

vəkil

Azərbaycan Respublikası, Masallı rayonu.