06 oktyabr 2020, 12:12
İlqar Mirzəyev və Hüseyn Səfərovdan, Cəlilabad, Azərbaycan
Hörmətli cənab Prezident.
Azərbaycan xalqının Dağlıq Qarabağ və ona bitişik ətraf rayonlarımızın azad edilməsi arzusunun həyata keçirilməsi işində Sizə böyük uğurlar arzulayırıq. Bu günədək işğaldan azad edilmiş yaşayış məntəqələrimizə görə Sizə və şanlı Azərbaycan Ordusunun bütün əsgər və zabit heyətinə dərin minnətdarlığımızı bildiririk.
İnanırıq ki, Sizin rəhbərliyinizlə qəhrəman Azərbaycan Ordusu zəfər çalacaq və böyük qələbəni Qarabağda birlikdə qeyd edəcəyik.
Qoy Uca Allah Sizi və ailənizi qorusun.
Hörmətlə,
İlqar Mirzəyev
Hüseyn Səfərov
Azərbaycan Respublikası, Cəlilabad rayonu, Şabanlı kəndi.