06 oktyabr 2020, 10:51
Ağahəsən Rəsulovdan, Bakı, Azərbaycan
Hörmətli cənab Ali Baş Komandan.
30 ilə yaxındır ki, Azərbaycanımızın dilbər guşəsi olan Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonumuz işğal altındadır. Doğma torpaqlarımızın azad edilməsi ilə bağlı verdiyiniz əmr bütün azərbaycanlılar kimi, bizim kollektivin də ürəyincədir. Bu çətin və şərəfli yolda apardığınız siyasəti dəstəkləyir, Sizinlə bir olduğumuzu bəyan edirik. Ulu Tanrı yardımçımız olsun.
Tezliklə bütün Azərbaycan xalqına böyük qələbə xəbəri verəcəyinizə inanır və həmin xəbəri səbirsizliklə gözləyirik.
Yaşasın Azərbaycan əsgəri və onun Ali Baş Komandanı!
Hörmətlə,
Rəsulov Ağahəsən
“Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi Şəxsin baş direktoru, Tibb elmləri namizədi
Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu.