Sevda Paşayevadan, Naftalan, Azərbaycan
Cənab Ali Baş Komandan.
Mən bir Azərbaycan vətəndaşı kimi Sizə və Sizin rəhbərliyinizlə Azərbaycan Ordusuna güvənirəm.
Cənab Ali Baş Komandan, bu gün torpaqlarımızın işğaldan azad edilməsi üçün verdiyiniz əmr uğurlu əməliyyatlarla başa çatdırılır. Düşmənin ordusu darmadağın edilir, onlarla döyüş texnikaları məhv edilir. Biz inanırıq ki, Sizin rəhbərliyinizlə Azərbaycan xalqının 30 illik nisgilinə son qoyulacaq və torpaqlarımızın işğaldan azad edilməsi gələcək nəsillərin xoşbəxtliyi üçün atılan bu addım xalqımız tərəfindən böyük Qələbə sevinci ilə qeyd ediləcəkdir.
Azərbaycan Ordusu xalq yolunda Sizin Ali Baş Komandanlığınızla düşmən üzərində layiqli zəfər çalacaq. Bu zəfər Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılacaq. Sizin adınız türk dünyasının tarixində əbədi yaşayacaqdır. Bu müqəddəs işinizdə Ulu Tanrı Sizə yardımçı olsun.
Hörmətlə,
Sevda Paşayeva
Azərbaycan Respublikası, Naftalan şəhəri.