04 oktyabr 2020, 15:57

Abusət Zeynalovdan, Masallı, Azərbaycan

Cənab Ali Baş Komandan.

Xalqımızın, dövlətimizin və Ordumuzun möhtəşəm birlik göstərdiyi bu tarixi günlərdə qazandığımız uğurlara görə Böyük Xocavar kənd məktəbinin pedaqoji kollektivi adından Sizə təşəkkür edir və Sizin hər bir əmrinizi alqışlayırıq.

İnanırıq ki, Sizin rəhbərliyinizlə şanlı Ordumuz işğal olunmuş ərazilərimizi düşməndən tamamilə azad edəcək və haqq öz yerini tapacaqdır.

Qələbə bizimdir! Qarabağ Azərbaycandır!

Hörmətlə,

Zeynalov Abusət, Böyük Xocavar kənd məktəbinin direktoru.

Azərbaycan Respublikası, Masallı rayonu, Böyük Xocavar kəndi.