03 oktyabr 2020, 16:05

Rövşanə Əliyevadan, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin müdrik və uzaqgörən siyasətinizin, gərgin əməyinizin nəticəsidir ki, bu gün rəşadətli ordumuz qorxmadan və çəkinmədən düşmən üzərinə irəliləyir, böyük zəfərlər qazanır. Mən, 64 yaşlı ananın dörd övladı hazırda cəbhə bölgəsində, düşmənlə üz-üzədir. Sizin komandanlığınızla onların qəhrəmanlıq tarixi yazacağına inanıram. Çünki övladlarım kimi, Siz də bizim güc, qürur, fəxarət mənbəyimizsiniz.

Əminik ki, bayrağımız tez bir zamanda Qarabağda, öz tarixi torpaqlarımızda dalğalanacaqdır.

Hörmətlə,

Əliyeva Rövşanə Məmməd qızı

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.