03 oktyabr 2020, 15:10
Cəmaləddin Məmmədovdan, Gəncə, Azərbaycan
Möhtərəm cənab Prezident.
Azərbaycan Dövlət Aqrar Universitetinin Mühəndislik fakültəsinin kollektivi Sizin hərbi vəziyyətlə əlaqədar apardığınız siyasəti və mübarizliyinizi alqışlayırıq.
Sizin yüksək səviyyəli diplomatik müsahibələriniz və bəyanatlarınız şanlı ordumuza və bütün xalqımıza ruh yüksəkliyi verir. Fakültəmizin fəxri olan bir neçə əməkdaşımız hazırda döyüş bölgəsindədir. Sizin əmrinizlə yaşından asılı olmayaraq, bu mübarizədə hamılıqla iştirak etməyə hazırıq.
Hörmətlə,
Məmmədov Cəmaləddin Ələkbər oğlu
Azərbaycan Dövlət Aqrar Universitetinin Mühəndislik fakültəsinin dekanı
Azərbaycan Respublikası, Gəncə şəhəri.