03 oktyabr 2020, 15:00

Əlimərdan Əliyevdən, Lənkəran, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin müdrik siyasətiniz nəticəsində ən müasir silahlarla güclü orduya çevrilmiş Azərbaycan Silahlı Qüvvələrinin erməni işğalçılarına sarsıdıcı zərbələr vurması və ağır itkilərə məruz qoyması biz veteranları da hədsiz qürurlandırır.

Sevinirik ki, Sizin böyük zəhmətinizlə qurulan Milli Ordumuz əsl azadlıq ordusuna çevrilib və sürətlə işğal olunmuş torpaqlarımızı azad edir.

Əziz Prezidentimiz, biz veteranlar da xalqımızla birlikdə bu qələbələr münasibətilə Sizi ürəkdən təbrik edirik. İnanırıq ki, məhz Sizin rəhbərliyinizlə düşmən silahlıları tamamilə məhv ediləcək, xalqımız dinc həyatına qovuşacaqdır.

Allah Sizi, xalqımızı və əsgərlərimizi qorusun! Biz həmişə Sizinləyik və Sizinlə olacağıq!

Hörmətlə,

Əliyev Əlimərdan Ələkbər oğlu

Lənkəran rayon Veteranları Təşkilatının sədri

Azərbaycan Respublikası, Lənkəran rayonu, Kosalar kəndi.