03 oktyabr 2020, 12:53
Bilal Erdemdən, Kahramanmaraş, Türkiyə
Hörmətli cənab Prezident.
Azərbaycanın 30 ildən çox siyasi arenada apardığı ədalətli mübarizəsi bu gün Vətən müharibəsinə çevrilib. Bir türk olaraq, doğma torpaqlarından didərgin salınan azərbaycanlıların dərdini bölüşdüyümüz kimi, bu gün qələbələrinizə sevinirik.
Qarabağın işğaldan azad edilməsi üçün əlimdən gələni etməyə, hətta canımdan belə keçməyə hazıram. İşğalçı qüvvələrə qarşı qardaşlarımla çiyin-çiyinə mübarizə aparmaq mənim borcumdur.
Hörmətlə,
Bilal Erdem
Türkiyə Respublikası, Kahramanmaraş şəhəri.