02 oktyabr 2020, 14:30
Gökhan Demirdən, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
İlk növbədə, Sizə salamlarımı çatdırır, ehtiramımı bildirir və Qələbə xəbərləri münasibətilə Sizi təbrik edirəm.
Mən Türkiyənin Trabzon şəhərindənəm. Öz Vətənim kimi gördüyüm qardaş ölkədə təhsil almışam. Hazırda Bakıda yaşayıram.
Erməni işğalçılarına qarşı cəbhədə vuruşmağa hər an hazıram. Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir.
Allah yar və yardımçımız olsun.
Hörmətlə,
Gökhan Demir İsmet oğlu
Bakıda yaşayan türk vətəndaşı
Azərbaycan Respublikası, Bakı şəhəri.