01 oktyabr 2020, 14:15

Nüsrət Dəmiroğludan, İstanbul, Türkiyə

Hörmətli cənab Prezident, əziz rəhbərimiz.

O gün gəldi. Şanlı, üçrəngli bayrağın Qarabağa dönüşü başladı.

Bir türk oğlu olaraq mübarizənizi dəstəkləyir, ermənilər tərəfindən işğal edilmiş mübarək torpaqlarımızın zülmkarlardan qurtuluşu üçün Azərbaycan Ordusunda könüllü xidmətə hazır olduğumu, hər bir əmrinizə, tapşırığınıza müntəzir olduğumu bildirirəm.

Allah zəfər yürüşünüzü mübarək, bayrağınızı uca etsin!

Hörmətlə,

Nüsrət Dəmiroğlu

Türkiyə Respublikası, İstanbul şəhəri.