Talip Geylandan, Türkiyə
Hörmətli cənab Prezident.
Bir daha işğalçı Ermənistanın beynəlxalq hüququ və insan haqlarını pozan, Azərbaycan ərazisinə və birbaşa mülki əhalini hədəf alan xain hücumunu qətiyyətlə pisləyirəm.
Türk “Egitim-Sen” Həmkarlar İttifaqı Komitəsi olaraq bütün varlığımızla qardaş Azərbaycan xalqının yanındayıq. Bir daha bildirirəm ki, Azərbaycanın beynəlxalq hüquqla təsdiq edilmiş bütün hüquqlarını sonadək müdafiə edəcəyik.
Azərbaycan torpaqlarının 20 faizi işğal edildi və 1 milyondan çox soydaşımız evlərindən didərgin düşdülər. Qarabağ təkcə Azərbaycanın deyil, həm də Türkiyənin həsrətinə çevrildi.
Qarabağ məsələsinin yeganə həll yolu Ermənistanın dərhal işğal olunmuş ərazilərini tərk etməsi və 30 ildir əziyyət çəkdiyi bütün vətəndaşlarımıza təzminat ödəməsidir. Ermənilərin məsuliyyətsiz rəhbərləri bu günə qədər bunu etmədikləri üçün bu gün Dağlıq Qarabağı və işğal olunmuş bütün ərazilərimizi öz gücümüzlə azad etmək təbii haqqımızdır.
Bəzi beynəlxalq təşkilatların Azərbaycan və Ermənistanı danışıqlara çağırmalarını mənasız hesab edirik. Bu nöqtədə, danışıqların yeganə mövzusu Ermənistan tərəfindən işğal olunmuş torpaqlardan çıxma təqvimi olmalıdır.
Türkiyənin Azərbaycana münasibəti və dəstəyi yalnız sözdə deyil, hər iki dövlətin rəsmi xarici siyasət strategiyasında, qarşılıqlı münasibətində də yer alıb. Bu münasibətin təbii nəticəsi olaraq, canımız, qanımız və bütün varlığımızla Azərbaycanın yanındayıq.
Duamız və dəstəyimiz Sizinlədir.
Həmişə olduğu kimi ürəkdən deyirik, Qarabağ türk torpağıdır, belə də qalacaq! Həsrət sona yetəcək. Gec-tez üçrəngli Bayraq Qarabağın hər guşəsində dalğalanacaq.
Hörmətlə,
Talip Geylan
Beynəlxalq Avrasiya Həmkarlar İttifaqı Birliyinin və Türk Egitim-Sen” Həmkarlar İttifaqı Komitəsinin sədri
Türkiyə Respublikası.