30 sentyabr 2020, 12:45
Adem Tolgadan, Dənizli, Türkiyə
Hörmətli cənab Prezident.
Mən bir türk müəllim olaraq, Ermənistanla yaşanan müharibədə Siz qardaşlarımızın yanında olduğumu bildirmək istəyirəm. Televiziyada çıxışınızı izlədim və çox duyğulandım. Mən ingilis dili müəllimiyəm, qardaş Azərbaycana dəstək vermək imkanım olarsa, sevə-sevə edərəm.
Sizinlə sonuna qədər birlikdə olduğumuzu bildirir, haqlı mübarizənizdə Sizə uğurlar arzulayıram. Düşmən atəşi nəticəsində həyatını itirən azərbaycanlılara Allahdan rəhmət diləyirəm.
Hörmətlə,
Adem Tolga Akyol oğlu
Türkiyə Respublikası, Dənizli şəhəri.