29 sentyabr 2020, 19:45

Rövşən Bərxudarovdan, Ankara, Türkiyə

Möhtərəm cənab Prezident.

Biz dünyanın bir neçə ölkəsində fəaliyyət göstərən və yüksək hərbi texnologiyalara sahib olan “FDI GROUP” şirkəti olaraq, ilk növbədə, Sizə salamlarımızı çatdırır və ehtiramımızı bildiririk.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı olaraq erməni faşistlərinə qarşı apardığınız mübarizəni dəstəkləyir, Qarabağ uğrunda başladığınız uğurlu əməliyyatları davam etdirməyinizi arzulayır və Azərbaycanın işğal altında olan bütün topaqlarının azad ediləcəyinə inanırıq. “FDİ GROUP” şirkəti olaraq bütün potensialımız və texnoloji imkanlarımızla şanlı Ordumuzun yanında olmaqdan və Azərbaycan xalqı ilə birlikdə erməni qəsbkarlarından şəhid qardaşlarımızın intiqamını almaqdan şərəf duyardıq.

Cənab Ali Baş Komandan, Sizin əmrinizdəyik və hər zaman yanınızda olmağa hazırıq. Allah Sizi və Azərbaycan xalqını qorusun. Xalqımız Sizinlədir və Zəfər Sizinlədir. Biz - Türkiyədə yaşayan azərbaycanlılar və böyük türk xalqı həmişə Sizin yanınızdayıq.

Hörmətlə,

Bərxudarov Rövşən Vaqif oğlu.

Türkiyə Respublikası, Ankara şəhəri.