29 sentyabr 2020, 17:45

Mahsun Konyardan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizi Qələbə xəbərini səbirsizliklə gözlədiyimiz günlərdə salamladığım üçün özümü xoşbəxt sayıram. Erməni işğalçıları ilə apardığınız savaşda mən Azərbaycanda yaşayan, adət-ənənələrinizi mənimsəmiş türk kimi daim yanınızda olduğumu bildirirəm.

Dualarımız Sizinlə və mərd əsgərlərimizlədir. Allah qardaş Azərbaycanımızın köməyi olsun. Həmişə olduğu kimi, indi də qardaşlarımızın yanındayıq. Qətiyyətli siyasətinizi dəstəkləyir, bütün sahələrdə Sizin yanınızda olmağa hazırıq.

Hörmətlə,

Mahsun Konyar.

Azərbaycan Respublikası, Gəncə şəhəri, Kəpəz rayonu.