27 sentyabr 2020, 20:10
Halil İbrahim Günəşdən, İstanbul, Türkiyə
Hörmətli və sevimli Prezident.
Əzəli Azərbaycan torpağı olan Qarabağda yaşanan hadisələr barədə xəbərləri izləyirəm. Bu haqlı mübarizənizdə, türklük uğrunda, Qarabağın azadlığı uğrunda Sizinlə birlikdəyəm. İstanbuldan gələrək qardaş Azərbaycan üçün vuruşmağa, erməni zülmünə son qoymağa hazıram. Məni Azərbaycan Ordusuna qəbul etsəniz, çox şad olaram. Qanımın son damlasına qədər qardaşlarımla bir cəbhədə vuruşmaqdan qürur duyaram.
İstədiğiniz an əmrinizə müntəzirəm. Allah türk millətini qorusun və daim yüksəltsin.
Hörmətlə,
Halil İbrahim Günəş
Türkiyə Respublikası, İstanbul şəhəri.